Hamiləlik tarix olur

Hamiləlik tarix olur
 


Körpələrin ana bətnindən kənarda böyüyə biləcəyi "Süni Uşaqlıq" 
 
Çin alimləri qadınlarda hamiləlik prosesini dayandıracaq və körpələr doğulmadan mümkün xəstəliklərini aşkar edəcək sistem təkmilləşdirirlər. Süni intellekt ilə idarə olunan bu sistem ana bətnindəki mühiti xarici dünyaya daşıyır. Körpələr bu süni bətndə böyüyə biləcəklər.
 
Çinin Suzhou Biotibbi Mühəndislik və Texnologiya İnstitutunun alimləri tibb tarixinə düşəcək araşdırma aparıblar. Süni intellektin idarə etdiyi süni uşaqlıq yaratmağa müəssər olan mütəxəssislər apardıqları araşdırmalar nəticəsində uşaqlıqda embrion yetişdirməyə nail olublar. Sstemin yaxın gələcəkdə insanların istifadəsinə veriləcəyi bildirilir.
 
Alimlərin çalışmaları nəticəsində ana uşaqlığının mühitini sözün əsl mənasında kopyanıb. Bu, bir embrionun süni bətndə inkişaf etməsinə imkan vermişdir. Embrionun sağlam inkişafı üçün lazım olan bütün molekullardan istifadə edən və onların ötürülməsini Süni intellekt ilə həyata keçirən elm adamları bu araşdırma ilə qadınları hamiləlik prosesindən xilas edə biləcəklərinə inanırlar. Üstəlik, bu sistem sayəsində ana bətnində ola biləcək xəstəlik riskləri aradan qaldırılır. Çünki sistem embrionu hər an izləyir.
 
Ancaq bu məsələdə diqqət çəkən bir məqam var. İnsan embrionunu aylarla ana bətnindən kənarda saxlamaq beynəlxalq hüquqa görə qadağandır. Bu xüsus da alimlərin əl-qolunu bağlayır. Əngəlin yaxında hüquqi olaraq aşılacağına ümid edilir…
 
Gələcək Elmlə Gələcək!
Gələcək Çox Tez Gələcək!

İbrahim Nəbioğlu

Paralel.az

0.028292894363403