Rusiyada güclü zəlzələ olub

Rusiyada güclü zəlzələ olub
 

Rusiyanın Saxalin adasının şimalında 5,3 bal gücündə zəlzələ olub.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.

“Fevralın 6-da yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 01:18) 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Noqliki rayonunun Val kəndindən 32 kilometr şərqdə, ocağı 17 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

0.027293920516968