Psevdoakademikin daha bir saxtakarlığı

Psevdoakademikin daha bir saxtakarlığı
 



Səadət Şıxıyeva :

Son aylarda ifşaedici statuslarımın "baş qəhrəman"ı T.Kərimli heç bir ciddi və faydalı elmi işi ilə elmi çevrələrdə tanınmır. Görünür, ona bəxşiş olaraq verilən elmi dərəcələri - öncə elmlər doktoru, sonra müxbir üzv, nəhayət, akademik adını doğrulda bilmədiyini özü də anladığı üçündür ki, ciddi və nüfuzlu alimlərin kölgəsində daldalanaraq, saxta həmmüəllifliklərə "imza atıb".

Əslində bu psevdoakademikdən bu dəfə hörümçək adam-akademik deyə bəhs etməliyəm.
Çünki elmi pillələrin ən üst qatında yer alan bu psevdoakademikin elm adına dövriyyəyə buraxdıqları kitab və məqalələr tamamilə hörümçək torudur... Görünən odur ki, o özünün cinayətkar əməllərinin məsuliyyətini tək daşımasın deyə özünə şəriklər qoşub. Bu barədə daha öncəki yazılarımda bəhs etmişəm... Başqa müəlliflərə ödənişli yazılan "yazı"ları "kopyala-yapışdır" (copy-paste) yolu ilə həmmüəllifi olduğu mətnlərə daxil edən Kərimli ikiqat cinayətkar əməl törətdiyini bəlkə də fərqində deyil... İnşallah ki, anladan tapılar.

İndi isə bir akademik yalandan söz açacağam:

T.Kərimli Nəsiminin əsərlərinin 2004-cü il nəşrində akad. Həmid Araslının Nəsiminin "Seçilmiş əsərləri"nə (1973) yazdığı ön sözə şərik çıxıb, olub ona həmmüəllif. Çox əcaib və analoqsuz həmmüəlliflikdir. Həyatda olmayan insana həmmüəllifi olmaq da, deyəsən, Azərbaycan elminin "yenilik"lərindəndir... H.Araslı dünyasını dəyişəndən sonra onun elmi fikrinə ortaq olan Kərimli nəticə etibarilə hörmətli akademiki də özünün çox bəsit fikirlərinə şərik edib...((
İşin ən MƏSULİYYƏTSİZ QİSMİ isə aşağıdakı YALANDIR:

Deməli, Araslı nəşrini kirill əlifbasından çevirməsi üçün Ədəbiyyat İnstitutunda bir zaman işləyən operator qıza tapşıran Kərimli həmin nəşrə yazılan ön sözü bu cümlələrlə bitirir:

"Məhz buna görə də əsəri nəşrə hazırladığımız zaman şairin ən qədim əlyazmalarından olan Ankara Dil və Tariх-coğrafiya fakültəsi kitabхanasında olub, əsli indi itmiş əlyazmanın fotosurətindən istifadə еtmişik. ХVI əsrin əvvəllərində yazıldığı təхmin еdilən və Azərbaycan MЕA Əlyazmalar Institutunda saхlanılan hərəkəli nüsхəni əsas götürərək Topqapı nüsхəsilə müqayisə yolu ilə hazırladığımız bu nəşr Nəsimi şеirlərinin nisbətən daha еtibarlı sayılan nüsхələri əsasında ərsəyə gəlmişdir. "

Buradan belə bir qənaət də hasil olur ki, Kərimli də Araslı ilə bərabər göz nurunu sərf edərək, Nəsiminin əsərlərini əlyazmaları əsasında nəşrə hazırlayıb. Halbuki bu cümlələr H.Araslının 1973-cü il nəşrinə yazdığı ön sözün sonluğudur. (Nəsimi. Seçilmiş əsərləri, Bakı, 1973, s.10) Beləliklə də oxucunu aldadan saxta akademik əslində heç bir zəhmət və vaxt sərf etmədiyi nəşrdə özünü söz sahibi kimi tanıdıb. Bir çox təhrifi ilə 1973-cü il nəşrindən geridə qalan 2004-cü il nəşrinin isə həqiqi tərtibçisi, onu ərəb əlifbası ilə qələmə alınmış əlyazmalarından kirill əlifbasına çevirən akad. H.Araslı, onu kirill əlifbasından latın qrafikasına çevirən Ədəbiyyat institutunun keçmiş əməkdaşı operator xanımdır.

Saysız saxtakarlığın (başqasına iş yazma, digərinin əməyini mənimsəmə və s.) bu müəllifinə elmi mühitin və məsulların laqeydliyi sadəcə təəssüf doğurur. Yeri gəlmişkən, bu kimi əməllərin sahibinə elmi rəhbərliyi neçə həvalə və etibar etmək olar?
Paralel.az

0.013321161270142