Son yeddi gündə üç dəfə telefon söhbəti

Son yeddi gündə üç dəfə telefon söhbəti
 

Fransa tərəfinin təşəbbüsü ilə ölkə prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı olub.

Paralel.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Ukrayna ətrafındakı vəziyyət və Rusiya Federasiyasının təhlükəsizliyi üçün uzunmüddətli hüquqi təminatların işlənib hazırlanması təşəbbüsü ilə bağlı məsələlər üzrə substantiv dialoq davam etdirilib.

Liderlər bir sıra tərəfdaşlarla son təmaslar nəzərə alınmaqla, eləcə də Fransanın Avropa İttifaqı Şurasına sədrliyi kontekstində mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları şəxsi təmasların davam etdirilməsi üzrə razılaşıblar.

Qeyd edək ki, bu, Makron və Putin arasında son yeddi gün ərzində sayca üçüncü telefon söhbəti olub.

0.016077041625977