"Ermənistan delimitasiya ilə bağlı yeni təkliflər təqdim edib"
İki həftə bundan öncə Ermənistan Rusiya vasitəsilə Azərbaycana delimitasiya prosesinin başlaması ilə bağlı yeni təkliflərini təqdim edib.
Paralel.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə brifinqdə deyib.
Nazir bildirib ki, təkliflərin detallarını açıqlamır:
“Bu təkliflər prosesə başlamaq üçün ilkin şərtlərdir. Azərbaycan tərəfi öz mövqeyini bir daha qarşı tərəfə çatdırıb. Bizim təklifimiz budur ki, heç bir qeyd-şərt olmasın”.
Şahnaz, Paralel.az