Küləyin gətirdiyi bayraq  İran sərhədçilərinə təhvil verilib

Küləyin gətirdiyi bayraq  İran sərhədçilərinə təhvil verilib
 

Fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti sahəsində İranın dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycanın ərazisinə düşməsi sərhəd naryadı tərəfindən aşkarlanıb.
Paralel.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, İran dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycan və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumatlandırılıb.

Bu gün dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.

Şahnaz, Paralel.az

0.024883985519409