"Facebook" və "Twitter" bəzi İran istifadəçilərini bloklayıb

 

Paralel.az xəbər verir ki, "Facebook" və "Twitter" İsrail və Fələstin xalqına qarşı yalan məlumatlar yayan İran şəbəkəsini bloklayıb.

"BBC" saytı İsrailin "Fake Reporter" kiberməkan mühafizəçisi qrupuna istinadla xəbər yayıb ki, sözügedən şəbəkə ifrat sağçı siyasətçiləri dəstəkləyən yazılar dərc edərək, izləyiciləri İsrail hökumətinə etiraz etməyə və ərəblərə qarşı əhval-ruhiyyəni qızışdırmağa çağırıb.

"Facebook" və "Twitter" şirkətləri İsrail və Fələstin xalqı arasında gərginlik yaratmaq məqsədi daşıyan İran hökumətinə bağlı yalan məlumatlar yayan, kütləvi şəbəkə yaradaraq pravoslav və millətçi yəhudi istifadəçilərini hədəf alan bir qrup istifadəçi səhifələrini bloklayıb.

Lakin sözügedən şəbəkənin "Telegram" kanalı hələ də aktiv olaraq fəaliyyət göstərməyə davam edir.

Müxtəlif sosial şəbkələrdə fəaliyyət göstərən həmin şəbəkə özlərini ifratçı yəhudi pravoslav və sağçı qrupların tərəfdarı kimi tanıdıblar. Onların məqsədi İsraildə din savaşı və çaxnaşma yaratmaq olub.
Akif Nəsirli

0.084467887878418