Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 



Aİ Avropaya qaz təchizatının artırılmasını müzakirə etmək üçün, Azərbaycan hökuməti ilə danışıqlar aparmağa hazırlaşır. Çünki, Avropanın başı üzərində rus təhlükəsi küləyi, zəifləmək bilmir.
  Rusiya və Ukrayna arasında münasibətlərin daha da gərginləşməsindən sonra, Aİ Rusiyanın bəlli olmayan atacağı addımlardan dolayı, belə alternativ qaz təchizatı axtarışına qərar verib.
  Bildiyimiz kimi, Avropanın istifadə etdiyi 40% qazı , məhz Rusiya verir. Məhz bu səbəbdən sabah vəziyyətin gərginləşəcəyi təqdirdə, qərarlarında sabit olmayan Rusiya, Avropa ölkələrini qışın bu soyuğunda, çətin vəziyyətə sala bilər.
 Amma, Aİ ilə bizim aramızda baş tutacaq razılaşmadan sonra, Rusiyanın bu məsələyə münasibəti çox maraqlıdır.
  Avropa İttifaqı özünə yardım edilməsi lazım olan təqdirdə Azərbaycan yadına düşür. Bir dəfə də olsun, dəstək verdiyiniz Ermənistandan yardım istəyin, görək. Məncə bunlara heç bir şey vermək lazım deyil.
  Onsuzda öz xalqına baha qiymətə qaz satan YAP hakimiyyətinin gəlhagəlidir. Bu sazişin arxasından xalqı daha da məyus edərlər.
Paralel.az

0.020205020904541