Göy oğlunun misyonu

Göy oğlunun misyonu
 
 
Yasəmən Qaraqoyunlu: 
Turan heç də Şahnamədə uydurulmuş bir mif deyil, bir gerçəkdir. Bizim tariximizi Hunlardan başlayırlar ki, bu yanlışdır. Bizim tariximiz tarixin başlanğıcından bəri vardır. Sakalar əski Hindistan və İran mədəniyyətini, tarixini yoğurmuş, kimmerilər ön Asiyada damğa vurmuş, bir dönəm başlatmışdır. Troyalılar və Etrusklar Anadolu, Apennin, Sardiniya və Siciliya adalarında mədəniyyətin, şəhərin əsasını qoymuşlar. Orta doğuda mövcud olan 3 qutsal kitabda-Quran, Tövrat və Avestada əks olunan dini şəcərədə-Nuhun şəcərəsi, İbrahimin şəcərəsi, farslara məxsus Tur və İrəcin şəcərəsi əski Türklərin Sami və Hind-İran tayfaları ilə əlaqələrindən bəhs edir. Hələ əski iltisaqi dilli Şumer, Elam, Hetit, Mitanni, Subartu, Urartu, Aratta mədəniyyətlərinin Turani mədəniyyət hesab olunması haqqında yüzlərlə əsərlərin mövcud olmasından heç yazmıram.
Turan Tarixin başlanğıcından bəri var olmuşdur, sadəcə olaraq coğrafiyası, arealı türk millətinin miqrasiyası, köçləri, fəthləri ilə daim dəyişmişdir, genişlənmişdir, Gah Altaylarda, Urallarda, gah Ön Asiyada, gah Avropada, Asiyada, gah bütün Avrasiyada, Anadoluda, Misirdə, İranda, Hindistanda, Qafqazda həmişə var olmuşdur. Oğuz Xaqan, Alp Ər Tunqa, Bilgə Xaqan, Atilla, Tonyukuk, Çingiz, Teymur, Osman Qazi, Səlçuk Bey, Sultan Mahmud Qeznevi, Babur Xan, Şah Xətai, Sultan Toğrul, Əlişir Nəvai, Nadir şah, Sultan Süleyman, Atatürk, Şah Qacar, Rəsulzadə...Turan tarixin bütün çağlarında var olmuşdur. Sakalar da, Hunlar da, Qıpçaklar da, Oğuzlar da Turandır, Osmanlı da bir Turan idi. Səlçuklu da. Səfəvi də. Avşar da. Göytürk də. Çengiz imperiyası da. Teymur da. Turan sadəcə bütün Türklərin bir dövlət çatısı altında birləşməsi ideyası deyil, həm də bir Türk etnik oykumenidir, Türk hinterlandıdır. Orada çoxlu dövlətlər ola bilər. Lakin millət, dil və kültür birdir. Önəmli olan da budur. Turan bir tarix, bir mədəniyyətdir, keçmiş və gələcəkdir. Bir millətin tarix içində qurduğu sosio-mədəni super sistemidir, zaman içində tarixi yolçuluğudur. Harda bir türk varsa, Turan ordadır, o türkün əməllərində, umudlarındadır.
Turan hər türkün misyonudur.
Dərviş Yəsəvi, Hacı Bektaş Vəli, Yunus Əmrə, Nəsimi nə deyir?
Heyyy!
Təriqətdə Yol oğluyam
Şəriətdə Yer oğluyam
Həqiqətdə Göy oğluyam.
Göy oğlu olanlar quracaq Turanı. Göy oğlu Yer qanunları ilə deyil Göy qanunları ilə imkansızı imkan yapandır.
Turan bir dərvişə, bilgəyə, ozana, bir Xaqana verilmiş Qutdur.
Turan həm yerdə, həm Göydədir.
 
Paralel.az
0.041363000869751