Gənclər gələcəyimizin təminatçısıdır!

Gənclər gələcəyimizin təminatçısıdır!
 


 
 
02 fevral 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəsissəsinin təşkilatçılığı ilə “02 fevral Gənclər Günü” nün təsis edilməsinin 25-ci ildönümü, yubileyi münasibətilə Beyləqan rayon Gənclər Mərkəzində “ Gənclər Gələcəyimizin Təminatçısıdır“ mövzusunda tədbir keçirilmişdir.
​ Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları , eləcədə rayon mədəniyyət müəsissələrinin rəhbər işçiləri və gənc əməkdaşları iştirak etdilər.
 ​Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidə kompleksini ziyarət edərək, önünə tər çiçək dəstələri düzdülər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
​Tədbirdə giriş sözü ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb və bu siyasətin hazırda cənab prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini qeyd edib. Natiq gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiyini bildirmişdir .
 Digər çıxış edənlər vurğulayıblar ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində, öz gücünə, istedadına inam hissini artırır.
​ Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı rayonu əhatə edən mədəniyyət müəssisələrində çalışan bir qrup gənc əməkdaşı “ 02 fevral Gənclər günü münasibəti” və Gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıb.
 
Bayram tədbiri çay süfrəsi ətrafında geniş konsert proqramı ilə davam etdirilib.
 Şahnaz Salehqızı
Paralel.az

0.018754959106445