Pekin Olimpiadaları tarixdə gender bərabərliyi rekordu vurub

Pekin Olimpiadaları tarixdə gender bərabərliyi rekordu vurub
 

Paralel.az xəbər verir ki, Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunları kişi-qadın nisbəti baxımından ən balanslaşdırılmış oyun olacaq: “Təşkilat komitəsinin vitse-prezidenti Yanq Şuanın sözlərinə görə, qadın idmançıların nisbəti Qış Oyunları tarixində rekord göstərici olacaq.
Funksioner qeyd edib ki, Pekində idmançılar iştirakçıların ümumi sayının demək olar ki, yarısını təşkil edəcək.
O, BOK-a açıqlamasında deyib: "Ölkəyə ümumilikdə 2877 olimpiyaçı daxil olub ki, onların da 45 faizi qadınlardır. Bu, Qış Olimpiya Oyunları tarixində rekord göstəricidir”.
 Xatırladaq ki, Olimpiya yarışları fevralın 2-də başlayıb, lakin Oyunlar rəsmi olaraq açılış mərasiminin keçiriləcəyi fevralın 4-də başlayacaq”.
Nigar 

0.014334917068481