Kamçatkada brakonyerlərdən üç tondan çox qızılbalıq kürüsü müsadirə edilib

Kamçatkada brakonyerlərdən üç tondan çox qızılbalıq kürüsü müsadirə edilib
 

Paralel.az xəbər verir ki, Kamçatkada fərdi evin ərazisindən üç tondan çox qızılbalıq kürüsü ələ keçirilib: “FSB-nin Şərqi Arktika regionu üzrə sərhəd departamentinin əməkdaşları Kamçatkada şəxsi evin ərazisində 3,2 tondan çox qızılbalıq kürüsü aşkar ediblər.
“Kamçatka diyarının Yelizovo şəhərində fərdi təsərrüfat ərazisində mənşəyinin qanuniliyini təsdiq edən sənədləri olmayan 119 ədəd qırmızı kürü olan plastik qab aşkar edilərək götürülüb” deyə, məlumatda bildirilib.
Sərhədçilərin təxmini dəyəri 12 milyon rubldan çox olan 3,2 tondan çox qızılbalıq kürüsü müsadirə etdiyi bildirilir.
Məlumata görə, kürü məhsullarını geri qaytarmaq üçün onların sahibləri sərhəd idarəsinin əməkdaşına rüşvət verməyə cəhd ediblər. 

Keçirilən tədbirlər nəticəsində iki Rusiya Federasiyası və bir Ukrayna vətəndaşı saxlanılıb”.
Nigar
0.01000714302063