Paşinyan yeni açıqlaması ilə gündəmdə
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı yeni açıqlaması ilə gündəmə gəlib.
Paralel.az xarici mediaya istinadla xəbər verir ki, Paşinyan iki ölkə arasında kommunikasiyalarının açılmasına yaxın olduqlarını bildirib.
O, belə deyib: "Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır".
Paşinyan Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatorunun Rusiya Dəmir Yolları olacağını sözlərinə əlavə edib.
Şahnaz, Paralel.az