Namizəddən açıqlama : "Qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır"

Namizəddən açıqlama :
 

Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır.

"Paralel.az"-ın  xəbərinə görə, bu barədə “Vətəndaş Müqaviləsi” partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryan İctimai Televiziyanın efirində söyləyib.

Xaçatryan qonşularla müharibə, mübahisə etməyi təsəvvür etmədiyini əlavə edib: "Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır".

Ermənistan vətəndaşlarının sülhün həyat və inkişaf üçün yeganə variant olduğunu deyən Xaçatryan Türkyə-Ermənistan münasibətlərinin normallaşmasına pozitiv baxdığını bildirib: “Prosesi davam etdirmək lazımdır. Bu nəticədə iqtisadi və siyasi münasibətlərin yaranmasına gətirib çıxaracaq”.

Şahnaz, Paralel.az

0.010593175888062