Keçmiş polis əməkdaşı qəflətən vəfat edib

Keçmiş polis əməkdaşı qəflətən vəfat edib
 

Qaxda keçmiş polis əməkdaşı qəflətən vəfat edib.

"Paralel.az"-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin hamam otağında ölüb. Onun huşsuz bədəni həyat yoldaşı tərəfindən aşkarlanıb.

İlkin məlumatda onun dəm qazından zəhərləndiyi deyilsə də, sonradan ürəktutmadan öldüyü məlum olub. 

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayoru olub. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili kimi çalışıb.

Röyal, Paralel.az

0.014498949050903