Tanınmış jurnalist infarkt keçirdi - vəziyyəti yaxşıdır

Tanınmış jurnalist infarkt keçirdi - vəziyyəti yaxşıdır
 

 

Tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.

Paralel.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.

“Azər Qismət işdə olarkən, özünü narahat hiss edib. Bu zaman həkim briqadası ilə Mərkəzi Klinik Xəstəxanasınına yerləşdirilib. Həkimlər infarkt keçirdiyini bildirib. Ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır, xəstəxana şəraitində müalicəsi davam etdirirlir".

Qeyd edək ki, jurnalistin ürək damarlarında tıxanıqlıq olduğundan stend qoyulub.

Züleyxa, Paralel.az

0.017765998840332