Putinin Türkiyəyə səfəri gözlənilir
Rusiya Prezidenti Vladimir Putin fevral ayının ikinci yarısında Türkiyəyə səfər edə bilər.
Paralel.az xəbər verir ki, Pekin Olimpiadasının açılışından sonra tarixi dəqiqləşəcək səfər fevralın ikinci yarısına təsadüf edəcək.
Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidentinin Pekin Olimpiadasının açılışında iştirak etdikdən sonra Türkiyəyə səfər edəcəyini açıqlamışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə epidemioloji vəziyyət və qrafiki imkan verdikdə V.Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifindən yararlanaraq, bu ölkəyə səfər edəcəyini bildirmişdi.
Səfurə, Paralel.az