Adı işdə gedir, özü isə işə getmir

Adı işdə gedir, özü isə işə getmir
 

Yevlax Yaşıllaşdırma və İşıqlandırma İdarəsində özbaşınalıq hökm sürür.
Yaşıllaşdırma və İşıqlandırma idarəsinin işçisi olan Quliyeva Aynurə (ata adı dəqiqləşdirilir) işə gəlmədən əmək haqqı alır.
Məlumata görə, Aynurə Quliyeva adlı şəxs həmin idarənin tabelçi vəzifəsində işçi olaraq göstərilib. Lakin A.Quliyeva idarənin heç qapısının belə tanımır. Çünki adı işdə gedir, özü isə işə getmir. Əmək haqqı kartı isə yoldaşı Qurban Quliyevdədir.

Məlumatı dəqiqləşdirmək üçün Yevlax Yaşıllaşdırma və İşıqlandırma İdarəsinin mühasibi Rauf adlı şəxslə əlaqə yaratdıq. Rauf bəy bu barədə məlumatı dəqiqləşdirib, bizə məlumat verəcəyini bildirdi. Bir müddət keçəndən sonra Rauf bəylə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verilmədi.

Burdan belə qənaətə gəlmək olar ki, baş mühasib Rauf bəy və idarənin rəhbərliyi bu məlumatdan xəbərdardır və bu hadisəyə göz yumurlar. Təbii ki, maddi maraqları olmasa göz yuma bilməzlər.

Adicə bir faktı qeyd edək ki, Qoca Səmədov Yevlax şəhər İcra Hakimiyyətinin başçısı olduğu illər ərzində, dövlət qayğısı olaraq 133 nəfər işsiz vətəndaş bu qurumda ictimai işlərə cəlb olunurdular. Bu müəssisənin müdiri rayon rəhbərliyi ilə əlbir olur və daha çox qazanc əldə etmək məqsədilə, dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqlarının müəyyən hissəsini mənimsəməyi də bacarır. Düzdür, bu yöndə atılan addımlarla bağlı müvafiq tədbirlər görüldü və hər kəs də bunun canlı şahidi oldu.

Əfsuslar olsun ki, yenə də bu müəssisədə oxşar addımlar atılır, yəni dövlət büdcəsi tərəfindən ayrılan pulları müxtəlif yollarla mənimsəyirlər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında məmurları sərt tənqid edib.

Sitat: “Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.

Yevlax Yaşıllaşıdırma İdarəsinin rəhbərliyi isə cənab prezidentin məmurlar haqqında etdiyi çıxışları qulaq ardına vururlar.

Paralel.az

0.0120530128479