Ayda kraterləri ilk görən Qalileo Qaliley

Ayda kraterləri ilk görən Qalileo Qaliley
 

Özünün icad etdiyi teleskopda Ayda kraterləri ilk görən Qalileo Qaliley idi. Elə “krater” adını da ilk o tapdı. Qalileydən əvvəl Ay səthinin düz olduğuna inanılırdı. Qədim yunan sözü Κρατήρ şərab və suyun qarışdırıldığı qab deməkdir. Aydakı girintilər kasa formalı olduğu üçün Qaliley onları belə adlandırdı. O yazırdı:
 
“Biz belə nəticəyə gəldik ki, Ayın səthi bir ordu filosofun təxmin etdiyi kimi nə hamardır, nə də düz, heç mükəmməl dərəcədə sferik də deyil, əksinə, qeyri-bərabər, kobud, ləkəli çökəklikləri və yüksəklikləri olan yerdir”.
 
Hər kəsdən əvvəl görmək və gözləniləndən tamamilə fərqli bir şeyə baxmaq maraqlıdır. Qalileo, güman ki, Ayın səthini ilk görən insan olduğu üçün heyrətə düşmüşdü…

İbrahim Nəbioğlu

Paralel.az

0.028406858444214