Bakıda heyvan sığınacaqları tikilir

Bakıda heyvan sığınacaqları tikilir
 

Paralel.az xəbər verir ki, sahibsiz heyvanlarla bağlı yeni layihəyə start verilib

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Layihə çərçivəsində sahibsiz heyvanların bəslənməsi üçün nəzərdə tutulmuş 2 ədəd köşk ilkin olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında qurulub. Bu köşklər günəş enerjisi ilə qıdalanır.

"Yerləşdirilən iki ədəd köşkdən biri qurğuya ödəniş etməklə, digəri isə istifadə olunmuş plastik qabdan istifadə mexanizmi əsasında işləyəcək. Ödənişdən sonra 40 qram yemin alınması mümkün olacaq. Köşkdə yığılan plastik qab tullantıları “AzEkol” şirkəti tərəfindən toplanaraq təkrar emal ediləcək”, - Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
Akif Nəsirli

0.010179042816162