Fevralın 2-də Yer kürəsini günəş plazması buludları bürüyəcək

Fevralın 2-də Yer kürəsini günəş plazması buludları bürüyəcək
 

Paralel.az xəbər verir ki, fevralın 2-də Yer kürəsini günəş plazması buludları bürüyəcək və maqnit qasırğaları iki gün davam edəcək: “ABŞ Kosmik Hava Proqnozları Mərkəzinin saytında verilən məlumata görə, çərşənbə günü Günəşin atdığı plazma dalğası Yerə çatacaq və orta səviyyəli maqnit qasırğaları iki gün davam edəcək.
Mütəxəssislər plazma buludunun səhər saatlarında Yerə çatacağını, fevralın 2-3-də orta G2 səviyyəsində maqnit qasırğalarının olacağını ehtimal edirlər.
Ümumilikdə, maqnit qasırğalarının təsnifatında beş səviyyə var - G1-dən G5-ə qədər. Güman edilir ki, zəif tufan elektrik şəbəkəsində kiçik fasilələr yarada bilər, həmçinin quşların və heyvanların miqrasiya yollarına təsir edə bilər.
Daha güclü tufanlar qısa dalğalı rabitə və naviqasiya sistemlərinin pozulmasına, eləcə də sənaye şəbəkələrində elektrik enerjisinin kəsilməsinə səbəb olur.
Günəş aktivliyinin artması aurora müşahidələrinin coğrafiyasını genişləndirə bilər”.
Nigar

0.039852857589722