Həkimlər və müəllimlər 

Həkimlər və müəllimlər 
 
 
Dostlar, düşünürəm ki, bu gün Bakıda ən müdafiəsiz, şiddətə məruz qalan təbəqə həkimlər və müəllimlərdir. Maaşların az olması bir yana, hələ təhqirə, ədalətsizliyə də məruz qalırlar.
Deməli, məktəbdə müəllim şagirdin üstünə qışqıranda, valideyni şikayət edir və müəllimə töhmət verilir. Amma şagird sinifdə min oyun çıxara, hətta müəllimin başına çıxa bilər. Hamı bunu normal qəbul edir...
Həkimlərin vəziyyəti daha pisdir. Bakının ətrafı gecəqondularla, gecəqondular da adamlarla doludur. Birinin dişi, başı ağrıyan kimi, gecədə neçə dəfə Təcili Yardım çağırırlar. Ünvan olmadığından həkim hadisə yerinə vaxtında çata bilmir. Bunlar da qadın, kişi bilmir, həkimi təhqir edir, sonra da 103-ə zəng vurub şikayət edir. Bu dəfə də həkim töhmət alır...
Qalib Arif
Paralel.az
0.012334823608398