Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür...  

Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür...  
 



"Məhəmməd Əmin deyir: insan övlad dünyaya gətirir, millət dövlət dünyaya gətirir. Millətin övladı dövlətdir. Fərd övladına hamilə olduğu kimi, millət də dövlət yaratmaq üçün hamilə olur. Millətin də dövlət yaratması üçün gərək o millət həddi-buluğa çatsın. Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz. Millətin doğma övladı onun öz müstəqil dövlətidir. Qıraqdan gələn səni soymağa, işlətməyə, əsir etməyə gəlir. İndi millətdə bu təfəkkürü yaratmaq lazımdır ki, a kişi, doğmaq, millət, dövlət yaratmaq lazımdır...
Cümhuriyyət dövründə Məhəmməd Əmingilin üç şüarı var idi. Birincisi, bu millət bu dövləti o vaxt yaşadacaq ki, o başa düşəcək ki, bu vətən də onundur, bu millət də onundur, bu dövlət də. Yəni özününküdür. Görürsən Üzeyir bəy nə yazır: “Hər şey özümüzündür”. Fasilə məsələsi var e, onu xüsusi vermək lazımdır. Bəziləri deyirdi ki, Cümhuriyyət iflasa uğradı, süqut etdi, ya nə... Məhəmməd Əmin deyir süqut-zad havayı söhbətdir, fasilə olub. Gəlib bizi işğal ediblər, amma biz o fasiləni aradan qaldıracağıq."
Professor Şirməmməd Hüseynov.
Paralel.az

0.013531923294067