Cəlilabad sakini döyülərək öldürülüb
Cəlilabad rayon prokurorluğundan Paralel.az- daxil olan məlumata görə, Cəlilabad rayonu Uzuntəpə kənd sakini 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevin yanvarın 22-də almış olduğu xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərəçəkmişin qonşusu Həzrət Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Mirzəxan Gəncəliyevə xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Həzrət Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Akif Nəsirli