Karantin sərtləşdirilə bilərmi?

Karantin sərtləşdirilə bilərmi?
 

Paralel.az xəbər verir ki, ölkədə koronavirusa gündəlik yoluxma sayı 3 mini keçdiyinə görə hökumət nümayəndələri və deputatlar tədbir görmək barədə müxtəlif fikirlər səsləndirirlər.

Masalam, deputat Musa Quluyev deyib ki, yoluxma sayının sürətlə artmasını səbəbindən bəzi müəssisələrdə lokal məhdudiyyətlər və dıstan işin təşkili tətbiq edilə bilər.

"Ancaq ötən iki ilin təcrübəsi göstərir ki, sərt qapanma rejimindən sonrakı dövrdə yenidən yoluxma sayında artımın şahidi ola bilirik. Bu, praktik olaraq həm iqtisadi, həm də sosial cəhətdən heç bir səmərə göstərmir. Bu istiqamətdə çıxış yolumuz ənənəvi profilaktikanı daha da artırmaqdan ibarətdir. Vaksinasiya sürətləndirilməli və genişləndirilməlidir",- deyə deputat vurğulayıb.
Akif Nəsirli

0.071931123733521