Cüdo üzrə gənclər arasında Bakı birinciliyinə start verilib

Cüdo üzrə gənclər arasında Bakı birinciliyinə start verilib
 

Bakının Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində cüdo üzrə gənclər arasında Bakı birinciliyinə start verilib.

"Paralel.az"ın məlumatına görə, bu gün oğlanlar arasında 60 kq. (34 nəfər), 66 kq. (36 nəfər), 73 kq. (23 nəfər), 100 kq. (5 nəfər) çəki dərəcəsində mübarizə gedəcək.

Yarış Azərbaycan Cüdo Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Çempionata paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 169 (161 oğlan, 8 qız) cüdoçu qatılıb. Onlar 2002 - 2004-cü il təvəllüdlülərdir.

Əsas məqsəd 25 - 27 fevralda keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Səfurə, Paralel.az

0.022629976272583