Səadət Şıxıyeva yazır...

Səadət Şıxıyeva yazır...
 


Psevdoakademikin monoqrafiya adına üzünü bəzəyib ortaya çıxardığı kitabın çoxsaylı səhifəsi hərfənbəhərf köçürmə, qalan qismi qeybət və türklər demiş "saçmalamadır".

Aşağıdakı nümunə həm Mehman Məmmədovun dissertasiyasında (Klassik Azərbaycan ədəbiyyatında məhəbbət mövzusunun təşəkkülü və inkişaf mərhələləri (XI-XVIII əsrlər), fil. elml. doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya, Bakı, 2008, s. 162-163), həm də T.Kərimlinin "araşdırmaları"nda yer alır (Azərbaycan ədəbiyyatı tarixi, 2009, s. 233-234; T.Kərimli. Çağdaşımız Nəsimi, 2019, 132-134):

“Nəsimi qəzəli də məhz bu baxımdan çağdaş mədəni-mənəvi, estetik tələblərin baxış bucağından təhlil edilməli, onun məhəbbətinin dünyəvi xarakteri qabardılmalı, müasir insana, müasir gəncə, müasir insana, müasir gəncə, müasir aşiqə nə verəcəyi, onun ideya-estetik tərbiyəsində necə iştirak edəcəyi ön plana çəkilməlidir. Yuxarıda örnək gətirdiyimiz qəzəldə şair qarşısındakı gözəlin saçına və qaşına o qədər heyran qalmışdır ki, pərvanə kimi onun başına çevrilməkdən özünü saxlaya bilmir. Çağdaş dilimizdəki “başına dolanmaq” ifadəsi Nəsiminin poetik dilində “başına çevrilmək” şəklində necə də gözəl səslənir. Qeyd edək ki, bu ifadə müasir xalq dilində və yazılı ədəbiyyatda da geniş i.lənir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsində Novruzəlinin xana müraciətində belə bir parça var:
“Başına dolanım, xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm, kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına.”

SUALIM AAK-adır:
Bir dissertantın işində neçə səhifə plagiat olarsa, işi ləğv olunar? İçində çoxsaylı səhifələr copy-paste olan bu "akademik" niyə cəzasız qalır?
Bu adam bu cür məzmunsuz köçürmələrlə 2019-cu ildə TÜRKSOYN mənim üçün nəzərdə tutduğu təltifi belə aldı... Həqiqətən, izlərin qarışdığı cəmiyyətdə yaşayırıq...
Paralel az

0.015836954116821