Kitab dərdi 

Kitab dərdi 
 



İlham Qəhrəman

Srağagün kitab çapı üçün kreditə görə banklardan birinin filialına üz tutdum (filialın direktoru yaxın yoldaşdı). Kitab səhifələnmişdi, 1000 (bir min) nüsxə üçün qiymətin son tutarını bilirdim. İçəridə məni xoş üzlə qarşıladılar. Soruşdular ki, hər hansı banka borc varmı? – dedim yoxumdu. 3000 (üç min) manat kredit götürmək fikrim vardı. Şəxsiyyət vəsiqəmi alıb pensiyamın məbləği üçün bazaya daxil oldular. Arabir telefonuma kod gəlirdi mən də o kodları bankın mütəxəssisinə deyirdim. Ağır bir hesablamadan sonra məlum oldu ki, veriləcək məbləğ tam tirajın haqqını ödəmir – 1500 manat. Soruşdum niyə belə? Mütəxəssis dedi ki, müəllim, pensiyanız yetmir (259 manat). İndi kitab çıxacaq bir hissəsi girovda qalacaq. İndidən qara qayğı canımı alıb.
Ölkənin ali orqanlarında şeirin misrasına 0-08 (səkkiz) qəpik qonorar verirlər. Bu da belə...
Paralel.az

0.019959926605225