Olaf Şolts Co Bayden ilə görüşəcək

Olaf Şolts Co Bayden ilə görüşəcək
 

Fevralın 7-də Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun Amerika Birləşmiş Ştatlarına səfəri gözlənilir, burada o, Prezident Co Bayden ilə görüşəcək.

Paralel.az xəbər verir ki, alman mətbuatında bu görüşə xüsusi diqqət yetirilir. Aparıcı kütləvi informasiya vasitələri yazırlar ki, bu səfər Avropa İttifaqında çoxdan gözlənilir. Məsələ ondadır ki, ABŞ Almaniyanın əsas iqtisadi və siyasi tərəfdaşı hesab edilir. Görüşdə ən vacib mövzu Şərqi Avropada vəziyyətin ağırlaşması fonunda xarici tərəfdaşların “Şimal axını - 2”yə münasibəti olacaq. Amerikalılar “Şimal axını - 2” qaz kəmərinin dayandırılmasında israrlıdırlar, Almaniya isə 50 faiz Sibir təbii qazından asılıdır.

Görüşdə NATO çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri də müzakirə olunacaq.

Səfurə, Paralel.az

0.018464088439941