Putin Ərdoğanın dəvətini qəbul edib

Putin Ərdoğanın dəvətini qəbul edib
 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinə dəvətini qəbul edib.

Paralel.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i yanvarın 27-də məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “NTV” telekanalının canlı yayımında Rusiya-Ukrayna gərginliyinə münasibət bildirərək münaqişənin həm tərəflər, həm də region üçün arzulanmadığını ifadə edib. Türkiyə dövlətinin başçısı diqqətə çatdırıb ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyi aradan qaldırmaq üçün vasitəçilik qərarında qalmaqdadır. Bunun üçün Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə dəvət edir.

Səfurə, Paralel.az

0.017043828964233