Seperatçılar Qırmızı Bazarda təxribata əl atdı

Seperatçılar Qırmızı Bazarda təxribata əl atdı
 

Paralel az xəbər verir ki, erməni seperatçılariı Qarabağın sülhməramlı kontingentin məsuliyyət zonasında olan, azərbaycanlıların da istifadə etdiyi ərazilərdə daima təxribat törətməklə məşğul olurlar. Bu günlərdə belə bir təxribat Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsində baş verib.

Azərbaycan hərbiçiləri və mülki şəxsləri Şuşaya Qırmızı Bazardan keçərək gedir. Bir neçə gün əvvəl 3-5 erməni toplaşaraq Şuşaya gedən Azərbaycan hərbçilərinin yolunu bağlamağa çalışıb. Guya onlara sülhməramlılar manie olub və əsgərlərimizin ərazidən sərbəst keçidini təmin edib.

Dünən isə Qarabağ separatçılarının qondarma deputatı Metakse Akopyan bəyan edib ki, Qırmızı Bazar sakinləri Şuşaya gedən yolu bağlayaraq, Azərbaycan hərbçilərindən bir daha bu yoldan istifadə etməməyi tələb ediblər.

Halbuki, beynəlxalq hüquqa görə, bütün Qarabağ torpaqları Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə də bu torpaqlarda heç bir qüvvə Azərbaycan əsgərinin yolunu kəsə bilməz.

Akif Nəsirli

0.027360916137695