Erməni siyasətçidən mənfur açıqlama: “Bakı hələ XIX əsrin sonlarında Azərbaycan şəhəri deyildi”

Erməni siyasətçidən mənfur açıqlama: “Bakı hələ XIX əsrin sonlarında Azərbaycan şəhəri deyildi”
 

Paralel.az xəbər verir ki, “Rodina” partiyasının üzvü, siyasətçi Vardan Voskanyan  Facebook səhifəsində  mənfur açıqlama ilə çıxış edib.  Onun yazdıqları eməni saxtakarlığının  daha bir nümunəsidir: “Nədənsə və səbəbsiz yerə İrəvanın “Azərbaycan şəhəri” olduğunu bəyan edən Bakı diktatorundan fərqli olaraq, heç bir erməni rəsmisi Bakının erməni şəhəri olduğunu iddia etməyib. Amma fakt budur ki, Bakı hələ XIX əsrin sonlarında Azərbaycan şəhəri deyildi.
O zaman Qafqaz farslarının (tatarların) bu şəhərində, bu qəsəbədə indiki etnik azərbaycanlıların türkdilli əcdadlarından daha çox farsdilli və erməni əhalisi var idi.
Bakının təqribən 100.000 əhalisindən yalnız 40.000-ə yaxını şiə müsəlmanları idi, əksəriyyəti Qafqaz farsları və ya tatarlar idi, ermənilərin sayı isə 26.000-ə yaxın idi”.
Nigar

0.016165018081665