Məhkəmə Navalnının qardaşının şərti cəzasnı dəyişdirəcək
Paralel.az xəbər verir ki, fevralın 18-də məhkəmə Oleq Navalnının şərti cəzasının real cəza ilə əvəz edilməsi məsələsinə baxacaq: “Moskvanın Lüblinski Məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin sanitar-epidemioloji qaydaların pozulmasına təhrik işi üzrə Aleksey Navalnının qardaşı Oleqin şərti cəzanın real cəza ilə əvəz edilməsi tələbinə baxacaq.
O.Navalnının və digər müttəhimlərin müraciətləri əsasında insanlar, o cümlədən COVID-19 xəstələri ötən il yanvarın 23-də “kütləvi xəstəlik təhlükəsi yaradaraq” razılaşdırılmamış mitinqə çıxıblar. Navalnıya bir il sınaq müddəti kəsilib, oktyabrda Moskva Şəhər Məhkəməsi bu qərarı təsdiqləyib”.
Nigar