Birləşmiş Ukrayna Azerbaycanlıları Konqresinin Prezident İlham Əliyevə Müraciəti

Birləşmiş Ukrayna Azerbaycanlıları Konqresinin Prezident İlham Əliyevə Müraciəti
 

Azərbaycan Respublikasının Prezidenti, Zati aliləri, canab İlham Əliyevə,
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi üzvlərinin

         MÜRACİƏTİ

Möhtərəm cənab Prezident!
  
Sizi Birləşmiş Ukrayna Azerbaycanlıları Konqresi (BUAK) adından salamlayır, müstəqil Azerbaycan dövlətinin ərazi bütövlüyünün bərpa edilməsi, tarixi vətənimizin və xalqımızın rifah halının yüksəldilmasi naminə göstərdiyiniz yorulmaz və səmərəli fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Canab Prezident!

Bildiyiniz kimi təməli 1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Ukrayna Azərbaycanlıları Konqresi ötən 23 il müddətində təşkilatlanaraq xalqımızın qədim adət ənənələrini, zəngin tarixini va mədəniyyətini qoruyub yaşatmaq, o cümlədən, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyatinə çatdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirmiş, bu istiqamətdə əlindən gələni əsirgəməmişdir.

Belə ki, BUAK fəaliyyət göstərdiyi ötən dövr ərzində Kiyev şəhərində dahi Azərbaycan şairi Səmad Vurğunun büstünün, İrpen va Lvov şəhərlərində görkəmli elm xadimi, akademik Zərifə Əliyeva adına oftalmoloji mərkəz va xatirə muzeyinin, Nikolayev şəhərinda 416-cı Azərbaycan Taqonroq Diviziyasının xatirə kompleksinin, Xarkov şəhərində Sovet ittifaqı qəhrəmanı Fariz Səfərov adına istirahat parkı və onun büstünün, Dnepropetrovsk vilayətinin alman faşizmindən azad edilməsində rəşadətli döyüş yolu keçmiş azərbaycanlı sovet ittifaqı qəhrəmanı Mikayıl Ələkbərovun abidəsinin ucaldılmasına nail olmuşdur.

Bununla yanaşı, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa, Dnepr, Jitomir, Xarkov, Nikolayev va digər təşkilatlarının təşəbbüsü ilə adı çəkilan şahələrdə Azərbaycan mədəniyyət mərkəzləri və Azarbaycan dilində şənbə, bazar günü məktəbləri açılmışdır. Hər il ənənəvi olaraq Ukraynada fevral ayı Xocalı ayı elan edilərək, erməni vəhşiliyinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün silsilə tədbirlər həyata keçirilmişdir.

Canab Prezident!

Konqresin həyata keçirdiyi səmərəli fəaliyyatin nəticəsi olaraq, BUAK-in sədri Rövşan Tağıyev, fəxri sədr va məclisin rəhbəri Akif Gülməmmədov, Dnepropetrovsk vilayət təşkilatının fəxri sədri Qüdrət Hacıyev, Nikolayev vilayət təşkilatının sədri Yunis Əliyev, BUAK-in idarə heyətinin üzvü Qurban Abbasov Sizin sərəncamınızla "Tərəqqi Medal"ına layiq görülmüşlər.

Təbii ki, milli diasporumuzun təşkilatlanaraq əlda etdiyi uğurlar, keçdiyi çətin va şərəfli yol heç də asan başa gəlməyib. ötən dövr ərzində inkişaf edərək Ukraynanın ən böyük diaspora təşkilatına çevrilən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi artıq dünya Azərbaycanlılarının diaspora tarixinə Dahi Heydər Əliyev şəxsiyyətinin sarsılmaz ideya daşıyıcısı kimi daxil olub. Təşkilatımızın Ukraynanın hər bir vilayətinin dövlət və hökumət orqanlarında çoxsaylı vəzifəli şəxsləri şəhər va vilayət şuralarında deputatları var.

Təşkilatımız tərəfindan bir neçə dəfə erməni diasporası tərəfindan Ukraynanın vilayət və şəhər, o cümladan Ali Radanın müzakirəsinə çıxarılmış qondarma erməni soyqırımı layihələri ləğv edilmişdir. Hər zaman olduğu kimi, BUAK ötən il Ali Baş Komandanımızın müdrik va uzaqgöran siyasəti, müzaffar ordumuzun qəhramanlığı sayəsində ikinci Qarabağ savaşının zəfərla başa çatmasında da dövlatimizin və xalqımızın yanında olmuş, bu istiqamətdə əlindən gələn maddi va mənəvi dəstəyini əsirgəməmişdir.

Çox təəssüflar olsun ki, Azərbaycan Respublikasının Diasporla iş üzra Dövlət Komitəsi 23 il tarixi olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətini görməzdən gəlir, diaspora siyasətinin təməl prinsiplərini kobud şəkildə pozur. Komitənin məsul şəxslərinin yarıtmaz fəaliyyəti onu deməyə əsas verir ki, bu gün milli və dövlət maraqları şəxsi və korporativ maraqlara qurban verilir.

Canab Prezident!

Çox acınacaqlı haldır ki, bu gün Diasporla iş üzra Dövlət Komitəsinin bir sıra məsul nümayəndələri getdikləri ölkələrda onları qarşılayıb yola salan, bar və resporanlarda onlara əyləncə təşkil edən insanlarla əməkdaşlıq edir, dövlətimizin maraqlarına xidmat edən təşkilatlara qarşı hörmatsizlik edirlər.
Bu baxımdan Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli va digər məsul şəxslər bünövrasi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli diaspora strategiyasının təməl prinsiplərini kobud şəkildə tapdalayaraq, vaxtı ilə Soros təşkilatı ilə əlaqələri olan insanlarla əməkdaşlıq edərək, fəaliyyətə başlamış "demokratiyanın nəbzi” təşkilatının sədri, sonradan isə özünü qondarma "Birləşmiş Ukrayna azərbaycanlıları diaspora təşkilatının” rəhbəri elan etmiş Hikmet Cavadovla olan şəxsi dostluq va digər maraqlar naminə qurban verirlər.

Bununla bağlı detallarla komitə rəhbəri Fuad Muradova məlumat verilsə də, bu haqda heç bir ciddi ölçü götürülməmişdir. Əksinə olaraq komitə rəhbərliyi, Ukraynada daima Heydar Əliyev siyasətinin əksinə gedən, ictimai yerlərdə Azərbaycan hakimiyyətini təhqir va təhdid edən insanlara fəxri adlar və mükafatlar verməklə qeyri peşəkar və dağıdıcılıq fəaliyyəti ilə məşğul olurlar.

Nəzərinizə çatdırmaq istəyirik ki, 2019-cu ildə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukraynanın ən böyük Azərbaycan diaspora təşkilatı kimi BUAK-in rəhbərliyinə xahiş edərək bu ölkədə fəaliyyət göstərən digər kiçik təşkilatların bir mərkəzdə birləşdirilməsi üçün koordinasiya şurasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. BUAK-in idarə heyəti milli birlik naminə bu təklifi qəbul etmiş, Ukrayna Azərbaycanlıları Radasının yaradılmasına öz töhfasini vermişdir.

Canab Prezident!

Təəssüflar olsun ki, sonradan komitənin yarıtmaz va qeyri peşəkar fəaliyyəti, hadisələrə şəxsi prizmadan yanaşma taktikası BUAK-in ali məclisi tərəfindən müzakirə olunmuş, Ukrayna Azərbaycanlıları Radasının fəaliyyət proqramının kobud şəkildə pozulması və bu təşkilata ayrılan vəsaitin şəxsi mənafelər naminə xərclənməsi məsələləri nəzərə alınaraq, 2020-ci ildə bu qondarma qurumdan çıxmaq bsrədə qararı verilmişdir. Konqresin bu qərarını müsbət qarşılamayan komitə rəhbərliyi ötən dövr ərzində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə qarşı qərəzli mövqe mümayiş etdirir.

Təşkilatımızla bağlı mənfi rəy formalaşdırmaqla, ətrafında minlərlə soydaşımızı birləşdirən BUAK haqqda anti dövlətçilik imici yaratmağa səy göstərir. Komiə tərəfindən Azərbaycan media nümayəndələrinə güclü təsir olunur ki, BUAK-in fəaliyyəti işıqlandırılmasın.

Bundan əlavə, Azarbaycanın Ukraynadakı səfirliyinə və digər dövlət qurumlarına təsir göstərilir ki, BUAK-la heç bir əməkdaşlıq olmasın.
Bu azmış kimi, Ukraynanın bir çox şəhərlərində Konqresə alternativ təşkilatlar yaratmaqla, parçalanma və qarşıdurmaya rəvac verirlər.

Canab Prezident!

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin vilayət və şəhər təşkilatlarının sədrləri sizdən xahiş edir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin bu parçalayıcı və qərəzli mövqeyini araşdırmaq üçün aidiyyati dövlət qurumlarına göstəriş verəsiniz. Rica edirik ki, BUAK-in tarixi vətənimizlə koordinasiyasının təmin edilməsi üçün, Azerbaycan Prezident Admnistrasiyasının ve Xarici İşler Nazirliyinin aidiyyati qurumları ilə əməkdaşlıq etməyimiz üçün bizə yardımçı olasınız.
                  
Canab Prezident!

Ukraynada yaşayan yüz minlərlə Azərbaycanlı Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasəti dəstəkləyir, hər zaman vətənimizin sıravi əsgərləritək Ali Baş Komandanımızın istənilən əmrinə hazır olduğumuzu bildiririk. Bir daha sizə doğma Azarbaycanımızın qüdrətli dövlətə çevrilməsi istiqamətində həyata keçirdiyiniz böyük işlərdə uğular arzulayırıq. Ukraynada yaşayan soydaşlarımız adından ulu Tanrıdan Sizə uzun ömür və can sağlığı diləyirik.

Böyük ehtiramla BUAK-ın vilayət və şəhər təşkilatlarının rəhbərləri adından:

1.Rövşan Tağıyev (Tərəqqi medalı)
2. Akif Gülməmmədov: BUAK-in məclis sədri (Tərəqqi medalı)
3. Qüdrat Hacıyev: BUAK-in Dnepropetrovsk vilayət təşkilatının fəxri sədri,
BUAK-in birinci müavini. (Taraqqi medalı)
4. Yunus Əliyev: BUAK-in Nikolayev vilayət təşkilatının sədri. (Taraqqi medalı)
5. Vilayət Mamedov: BUAK-in Kropivniçskiy vilayət təşkilatının sədri.
6 Aydın Əliyev: BUAK-in Odessa vilayət təşkilatının sədri.
1. İsgəndər Valiyev: BUAK-in Çerniqov vilayət təşkilatının sədri.
2. Rüfat Əbilov: BUAK-in Çerkassı vilayət təşkilatının sədri.
3. Qurban Abbasov: BUAK-in Xarkov vilayət təşkilatının sədri.
4. Ceyhun Qasımov: BUAK-in Xmelnitsk vilayət təşkilatının sədri.
5. Timur Abışov: BUAK-in Vinnitsa vilayətinin sədri.
6. ilqar Məmmədov Ukrayna Azörbaycanlılarının Həmrəylik Konqresinin sədri
7. Xanlar Mahmudov: BUAK-in Poltava vilayətinin sədri.
8. Namiq aliyev: BUAK-in Çernavtsı vilayət təşkilatının sədri.
9. Mətləb Nəcəfov: BUAK-in İvano — Frankovsk vilayət təşkilatının sədri.
10. Zahid Hüseyinov: BUAK-in Zakarpatiya vilayət təşkilatının sədri.
11. Ədalət Ismayılov: BUAK-in Ternopol vilayət təşkilatının sədri.
12. Remzi Rzayev: BUAK-in Krivoy — Roq şəhər təşkilatının sədri.
13. Şikar Hüseyinov: BUAK-in Novomoskovsk şəhər təşkilatının sədri
14. Afaq Qadimova: BUAK-in Mariupol şəhər təşkilatının sədri.
15. Tarlan Nasirov: BUAK-in Pervomaysk şəhər təşkilatının sədri.
16. Maqsud Şükürov: BUAK-in Povloqrad şəhər töşkilatının sədri.
17. Namiq Quliyev BUAK-ın İrpen, Kiyev vilayeti təşkilatının sədri
18. Xayyam Həqiqət oğlu: BUAK-in aparat rəhbəri.

Birləşmiş Ukrayna
Azərbaycanlıları Konqresinin sədri Rövşan Tağıyev

13.01.2022-ci i l

 

 

0.029654026031494