"Heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz"
Ərəstun Oruclu:
Baş prokuror Kamran Əliyevin Tərtər qətliamı ilə bağlı "heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz. Bu, yolverilməzidr" və ya "İstintaq belə qısa müddətdə və tələskənliklə aparıla bilməz. Təəssüf ki, bəzi şəxslər bu mövzunu istismar etməyə çalışırlar. Bildi-bilmədi qeyri-peşəkar formada çalışırlar ki, istintaq prosesinə təsir etsinlər. Bu da yolverilməzdir, mümkün də deyil" deməsi aşağıdakı qənaətə gəlməyə əsas verir:
- prokurorluq istintaqı uzatmaqda maraqlıdır, ona görə də onun aparılmamasında "işdən siyasi məqsədlər üçün istifadə edənləri" axtarmağa çalışır;
ümumiyyətlə, baş prokuror siyasi məsələlərdən yox, istintaqın gedişindən, 35 gün ərzində hansı işlərin görüldüyündən danışmalı idi;
amma "işdən siyasi məqsədlər üçün istifadə" kəlməsini ortaya atan Kamran Əliyev eyni zamanda bunun nədən ibarət olmasını izah etmək istəmir. Ona görə ki, bunun heç bir konkret əlaməti yoxdur, səsləndirilən ittihamın özü isə yalandır, məqsədlidir;üzərində heç bir ictimai nəzarət olmayan istintaqa təsirə gəlincə, yeganə təsir edənlər onu selektiv şəkildə aparanlar və şahid ifadələrini ittiham olunanlara ötürənlərdir. Başqa kimsə istintaqa təsir etmir və heç kimin təsir etmək imkanı da yoxdur.
Paralel.az