Yasəmən Qaraqoyunlu yazır...
Biz Plüralust, çox qütblü dünya idealı və milli Özə dönüş fəlsəfələri haqqında düşünürük.
Biz Pakistan -Türkiyə -Azərbaycan hərbi siyasi strateji blokunun qurulmasını israr edirdik.
Bəzi özünü çox bilgili hesab edən pilitoloqlar vardı, adımızı çəkməsə belə, bu ideyanın gerçəklərə uyğun olmadığını iddia edirdi. Hətta sosial şəbəkələrdə şəxsimizə yaraşmayan çox kötü ifadələr belə kullanmışdı.
Biz alternativ fikir və stratejilər ürətərkən əsla opponentimizin ünvanına kötü ifadələr kullanmadık. Biz Batı mərkəzli dünyagörüş və baxış acısından çıxış edərək siyasi fikir ürətən dostlarımıza söyləmək istərdik ki, dünyanın və uluslararası ilişlkilərin Batı mərkəzli strateji və hüquq anlayışından çıxış edərək quruluşlanması dönəmi bitməlidir. Uluslararsı ilişkilər plüralist dünya qavramı əsasında şəkillənməlidir və hər ulus dövləti özü özgür şəkildə siyasi bloklar və kurumlar qurma özgürlüyünə sahibdilər. Türkiyə +Pakistan+ Azərbaycan bloku da özgür siyasi iradənin və özgür xarici siyasetin bir nümunəsidir.
Zaman keçir, Batı paradiqmaları əsasında qurulmuş dünya və uluslararası teşkilatlar, ilişkilər böhran dönəminə, çözülmə dönəminə girir, bizim "çox bilgili" politoloqlar ve siyasətçilər isə hələ də Azərbaycanın gələcəyini Batı mərkəzli baxış acısından təhlil edib, stratejiler ürətirlər. Nə yapsınlar. Aldıqları təhsil onları böylə yetişdirdi. Nədə olsa, bizim dünyamız və mədəniyyət sistemimiz XVIII əsrdən çökdü, çöktürüldü, Batı yüksəldi, uluslararası teşkilatlar quraraq bu teşkilatlar vasitəsilə hegemonyasını dünyaya yaydı və az qala bütün dünya Batı mədəniyyəti fazasını yaşamağa başladı. Batı mədəniyyəti fazası dönəmində Batılılar üstün ağ irq, Avropa coğrafiyası isə dünyanın mərkəzi hesab edildi, Batı mədəniyyəti, hüququ, siyasi sistemləri, əxlaqı, həyat tərzi, fəlsəfəsi, dünyagörüşü üstün görüldü, hardasa bütün dünyaya yayıldı və digər mədəniyyətlər, xalqlar, fəlsəfələr, yaşam biçimləri, siyasət fəlsəfələri yox edildi, dağıdıldı, öldürüldü, kötüləndi, tarixdən çıxarıldı. Sosioloq Əli Şəriəti öz mədəniyyətindən imtina etmiş və uzaqlaşmış, Batı mədəniyyəti fazası yaşayan dünyanı və fərdi Halünasiyaya uğramış dünya və fərd adlandırmışdı. Bizim siyasətçilər və palitoloqlar hələ də dünyanı Batı hesab edirlər və Batının qurduğu dünyanı təmsil edirlər. Onların çıxışları, yorumları, baxış acıları əsla məni cəlb etmir.
Fəlsəfə mənə öyrətdi ki, dünya sadəcə Batıdan ibarət deyilmiş, Batı mərkəzli baxış acısından təhlil yapmaq dünyanın sadəcə birtərəfini görməkdir, bu görüş, bu dünya şikəstdir, Batının hegemonyasını təsbit etməkdir, Batının hegemonyasına boyun əyməkdir, dünya Batıdan böyükdür, zəngindir, Batı dünyanın sadəcə bir hissəsidir. Plüralist dünya qurulmalıdır və plüralust dünyada hər ulus dövləti öz çıxarlarına uyğun olaraq hərbi, siyasi, strateji iqtisadi bloklar qura bilərlər.
Var ol fəlsəfə. Özgürlüyün qalası. Özgür düşüncənin və iradənin son sığnağı.
Uluslararası ilişkilərdə və strateji siyasətlərdə milli fəlsəfələr öz sözünü deməyə başlamışdır.
Milli fəlsəfələr yüksəldikcə Batının fikir və siyasət üzərində hegemonya çağı bitəcəkdir.
Milli fəlsəfələr milli siyasətləri, stratejiləri şəkilləndirəcəkdir.
Hər fərd öz mədəniyyətinə, fəlsəfəsinə, dilinə, stratejisinə sarılaraq plüralist dünya quruculuğuna qatqı saxlaya bilər.
Plüralist dünya azad dünyadır. Mədəniyyətlərin, dillərin, sivilizasiyaların, fikirlərin, dinlərin, fəlsəfələrin bərabər yaşadığı, qarşılıqlı əməktaşlıq və sayğının bərqərar olduğu bir dünyadır.
Plüralist dünyada silahlar və hegemonya iddiaları susar, yaşamaq və yaşatmaq idealları, stratejileri uluslararası ilişkilərdə əsas məqsəd olar.
Plüralist dünyanın söyləmi budur.
Yaşa və başqalarını da yaşat!
Paralel.az