Təzadlı 20 yanvar...
20 yanvar günü rus qoşunlarının Binəqədi rayon ərazisindən-Biləcəri qəsəbəsinin yoxuşundan gecə vaxtı Bakıya daxil olacağı barədə məlumat nahardan sonra bizə daxil olmuşdu.Şamaxinka deyilən ərazidə "cəbhə"nin müəyyən qrupları toplaşmışdı.
Mən onda Binəqədi rayon polis idarəsində məsul vəzifədə çalışırdım.
Həmin günü vəzifəmiz rus qoşunlarının təsdiq etdiyi dislokasiyası əsasında və müəyyən marşrutlar üzrə hərəkət edəcək sahələrdə soydaşlarımızın təhlükəsizliyini təmin etmək və onları kənara çəkməkdən ibarət idi.Bəlli olan dislokasiyaya görə rus qoşunları Biləcəri yoxuşundan şəhərə daxil olarkən 9-cu m/rna
gedən yolda -Şamaxinkada manevrlər edəcək,sonra Binəqədi r-nu Azadlıq pr.ilə üzü aşağı-Binəqədi körpüsünün altından Biləcəri qəsəbəsinə və Binəqədi kəndinə doğru kəşfiyyat manevrlərini başa vurub,qəsəbədəki Kirov adına Mədəniyyət evində gecələməliydilər. Bu məlumat haradansa "cəbhəçi" həmvətənlərimizə də ötürülmüşdü.Çox ekstremal bir vəziyyət yaranmışdı...
"Cəbhəçi"lərlə bir araya gələ bildik.Amma artıq Şamaxinka
və Binəqədi körpüsünün altından gedən yol iri tonnajlı maşınlarla bağlanmış,"barrikadalar" qurulmuşdu.Kimsə
əl mikrofonu ilə əhaliyə,"indi köməyimiz gələcək,dağılmayın"-deyə qeyri ciddi məlumatlar verilirdi...
Təxminən saat 19:20-də ağır zirehli texnikanın-tırtılların uğultusu eşidildi.
Tırtıllar Binəqədi körpüsünün altında qurulan "barrikadaları"-ağır tonnajlı yük maşınlarını bir göz qırpımında necə dağıtdığının şahidi oldum.Dərindən köks ötürüb nə edəcəyimizi düşünmək istədim,bacarmadım...
Özümüzü itirmişdik...
Zirehli texnikaya qarşı həmvətənlərimiz polisə dəstək versəydilər belə,qarşıdurma ağılsızlığın əlamətiydi...
Mən,hadisələrə şahid olmaq məqsədilə xidməti maşınımla Azadlıq prospekti ilə yuxarı hərəkət etdim.Birdən sürücü, Ağarəhim:Rəis baxın, qoşunlar düz üstümüzə gəlir."Geri qayıtmaq imkanımız artıq yox idi.Birdən Avtomatdan açılan güllələrin asfalt yolda işıq saçdığını görəndə, bunun zarafat olmadığını anladım.Əl mikrofonu ilə"ne strelyayte,svoi.Budte dobrımi.Politsiya,ne strelyayte."
Amma gec idi.Atılan güllələr maşının təkərlərini,mühərrikini və qabaq sol qapını dəlik-dəlik edib sıradan çıxarmışdı...
Çətinliklə kənara çəkilib daş divarın arxasında daldalana bildik...
Rus ordusu qeyd etdiyim kimi Binəqədidə yerləşən Kirov adına mədəniyyət evində məskunlaşacaqdı..
Səhərə yaxın,saat 4:30-da Vaz 2107 mrkalı şəxsi maşınımla evə gedirdim.Yolda işıqlar yanmdığından hər tərəf qaranlığa qərq olmuşdu.
Karl Marksın heykəlinə paralel,indiki 20 yanvara gedən yol ilə kəsişən yerdə birdən uğultulu və vahiməli bir səs eşitdim.Tankın haradan peyda olub və nə vaxt
maşınımın qabaq hissəsini altına aldığını anlaya bilmədim.Vücuduma soyuq tər hakim olmuşdu...
Xoşbəxtlikdən Tanrı məni mərhəmət qanadına alıb və mənə yenidən həyat bəxş etmişdi...
Bütün bunlar qəsdən,Azərbaycan xalqına və millətinə qarşı törədilən genosidin canlı təzahürü idi...
...Deyilməyən hələ çox şeylər var...
Şəmsəddin Əliyev
Paralel.az