19 ədədinin sirləri-ilin 19-cu gününə sözardı 

19 ədədinin sirləri-ilin 19-cu gününə sözardı 
 

“İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm!”(Allah-təala, qüdsi hədislərdən)

İlin 19-cu gününü yola salarkən 19 ədədində olan bəzi hikmətlərə nəzər salmaq maraqlı olardı. 

Elmi-lədun hesablamalarımız göstərir ki, 19-cu ayə “Quran”da 82 dəfə keçir (yəni, müqəddəs kitabın cəmi səksən iki surəsində 19-cu ayə var; qalan surələrdə ayələrin sayı 19-dan azdır). Burada diqqət çəkən məqamlardan biri də budur ki, elə 82-ci (!) surə də 19 ayədir. Yəni, müqəddəs kitabda 19 ədədi 82 dəfə, 82 ədədi isə 19 dəfə keçir. 

 

“Quran”ın rəmzi (kodu) olan 114 ədədi cəmi üç rəqəmə (2, 6, 19) bölünür ki, onlardan da biri 19-dur. 

Maraqlıdır ki, müqəddəs kitabda 114 surədən də cəmi üçü (82; 87 və 96-cı surələr) 19 ayədən ibarətdir.  

 

19 ədədində diqqət çəkən digər məqam onun elmə və yradılışa bağlı olmasıdır. Belə ki, “Quran”ın ilk nazil olan surəsi (“Laxtalanmış qan”) 19 ayədən ibarət olmaqla, insana oxumağı əmr edir:

 

(Məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu!

O, insanı laxtalanmış qandan yaratdı.

Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. “Laxtalanmış qan” surəsi, 1-5-ci ayələr.

 

Göründüyü kimi, nazil olan ilk vəhy oxumağın, yaradılışı dərk etməyin vacibliyini anladır oxucuya. Həm də 19 ədədi altında anladır bunları. Bildiyimiz kimi, artıq biologiya elmi insanın (dölün) ana bətnində yaranış prosesinin laxtalanmış qandan başladığını təsdiq etmişdir. 

 

Yaradılış (çoxalma) iki cürdür: 

1) Toxumla;
2) Ttozlanma yolu ilə (küləklə)

 

Birinci hal insanlarda və heyvanlarda, ikinci hal isə, bitkilərdə müşahidə edilməkdədir. Lakin, İsa Peyğəmbərin yaradılışı istisnalıq təşkil edir. Belə ki, o, yeganə bəşərdir ki, tozlanma (üfürmə) yolu ilə yaranmışdır.   Burada diqqət çəkən ən maraqlı məqam isə, həmin hadisənin 19-cu (!) surədə (“Məryəm”) xəbər verilməsidir (təsvir edilməsidir)

Əvvəlcə Həzrət Məryəmin yaranması haqda  Allah-təala buyurur:

“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan (bitki) kimi böyütdü...”. “Quran”,  3:37

Burada Məryəmin fidana (bitkiyə) bənzədilməsi  gələcəkdə  onun bitkilərdə olduğu kimi (tozlanma üsulu ilə) İsaya hamilə qalmasına  işarə verir. 

Qurani-Kərimin 19-cu surəsinin 19-cu (!) ayəsində Allah-təala buyurur:

(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm!” – dedi”. 

(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”

(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”

(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”.  “Məryəm” surəsi,  19-20-21-ci ayələr.

Ayələrdən görünür ki, Həzrəti İsanın yaranma prosesi  bitkilərin tozlanma yolu  ilə çoxalma prosesi ilə üst-üstə düşür. 

Elmi-lədun araşdırmalarımız göstərir ki, 19 ədədi yaradılışa və Xilaskara bağlı olan bir ədəddir. Yeri gəlmişkən, qeyd edək ki, bəşəriyyətin əsrlərdir gözlədikləri Xilaskar əslində cəmiyyətin içərisindədir və yaxın gələcəkdə insanlar buna əmin olacaqlar(tanıyacaqlar)... 

 

Yeri gəlmişkən, bizə ilahidən öyrədilmiş Elmi-lədun müalicə metodu da küləyə (daha doğrusu küləyin tərkibində olan Efir enerjisinə) söykənir. Belə ki, bizə İlahidən öyrədilmiş Quran ayəsini parol olaraq üç dəfə dedikdə yaranan efir enerjisini pasiyentə tərəf üfürürük. Bu vaxt yaranan küləyin tərkibində olan Efir enerjisi xəstə orqana daxil olur və orada olan şiddətli ağrı (yaxud funksional pozuntu) bir neçə saniyə ərzində tamamilə yoxa çıxır. Bu yolla hətta sonsuzluğu da müalicə edirik ki, bu da yuxarıda qeyd etdiyimiz 19-cu surənin 19-cu ayəsində baş verənlərin bənzəridir. Bu üsulla indiyədək onlarla ailəyə Rəbbim bizim vasitəmizlə övlad bəxş edib (həmd İlahiyə). Hətta bu üsulla ana olanlardan Londonda yaşayanı da var ki, biz o qadını real həyatda heç vaxt görməmişik. Bu üsulu ona ancaq videogörüntüylə tətbiq etmişik ki, nəticədə endemetroz əriyərək, qadın hamilə qalıb (hansı ki, London səhiyyəsi on ildə bunun öhdəsindən gələ bilməmişdi). Bu üsulla indiyədək koronavirusa yoluxub, boğulmaq həddinə çatan minlərlə xəstəni ölümün pəncəsindən qurtarmışıq (onları da videogörüntüylə xilas etmişik) ki, bu da yuxarıda qeyd etdiyim 19 surədə təsvir edilən İsanın yaranma prosesinin bənzəridir (bax: yuxarıdakı ayələrə). Qüdrət Allaha məxsusdur. 

Oxucuda sual yaranacaq ki, necə olur məsələn, London kimi səhiyyəsi yüksək səviyyədə inkişaf etmiş ölkədə sonsuzluqdan (yaxud koronavirusdan...) sağala bilməyən bir adam bizim bir videoseansımızla sağalır? Bu elmdir, yoxsa xurafat? 

Qeyd edək ki, Kainatda elmdən kənar heç bir şey baş vermir. Bütün baş verənərin bir elmi izahı var. Bizim müalicə metodumuzu mövzudan yayınmamaqla, qısaca belə izah edək ki, Londonda (eləcə də başqa yerlərdə) sağaltdığım xəstənin xəstəliyinə səbəb əvvəlki yazılarımda bəhs etdiyim neqativ enerjidir. Bu enerji analıq orqanında toplanmaqla həmin xəstəliyi yaratmışdı. Bu səbəbdən də xəstəlik dərman pereparatlarına tabe olmur (enerji dərmana tabe olmur). Bizim seansımız vaxtı (parol olaraq) dediyimiz Quran ayəsi isə, həmin neqativ enerjinin qənimidir. Onu dalğalar vasitəsi ilə ötürən an orqandakı ağrılar bir neçə saniyə ərzində yoxa çıxır, xəstə yüngülləşir (boğulan adamın bronxları həmən açılır). Və beləliklə, orqanın pozulmuş (tormozlanmış) funksiyası bərpa olmağa başlayır və pasiyent  286 gündən sonra ana olur. Bunu virus düşən kompyuterinizin formatlanması prosesi ilə də müqayisə edə bilərsiniz.

İlin 19-cu gününü nəzərə alıb, 19-cu surənin 19-cu ayəsini sizə izah etdik. 

 

“And olsun ki, Biz Quranı ondan ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan, (öyüd-nəsihət qəbul edən) varmı?” Quran, “Qızıl bəzəklər” surəsi. 

 

Dr. Paşa Yqub – Elmi-lədun bilicisi 

0.013152837753296