Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Nizami Gəncəvi zülüm və ədaləti tanıdir

I YAZI

“Yeddi gözəl” məsnəvisinin “Bəhram Gurun padşahlığı” bölməsinin bu mesajları var:

-  taxt, tac, hakimiyyət Bəhramı deyil, Bəhram onları şərəfləndirdi, bunun səbəbi onun hər kəsə ədalət, hər kəsə mərhəmət, hər insana xidmət hərəkatıdır;

-  Bəhram gücünü hakimiyyətdən almadı, hakimiyyət gücünü ondan aldı;

-  zülm hakimiyyəti kökdən salır, insanların əxlaqını pozur, fitrətini dəyişdirir, dəyərini öldürür, onları kökdən düşmüş musiqi alətinə çevirir, bu alətin səsi insanları bezdirir, yorur;

-  ədalət hakimiyyəti barışa, mərhəmətə, hüzura, insana xidmətə kökləyir, xeyrə, bərəkətə, inkişafa, gözəl əxlaqa, ilahi rizaya yol açır, dostlara ümid, düşmənlərə qorxu verir;

-  ədalət nur, genişlik, zülm qaranlıq, darlıqdır;

-  ədalətli insan bir qrupa deyil, hər kəsə ədalətlə yanaşandır;

-  ölkədə ədaləti təmin etmək istəyirsənsə, ədalətlilərin yolunu aç, zalımların yolunu bağla, ədalətlilərə yardım göstər, zalımlara cəza ver;

-  əmanəti (işi) əhlinə ver;

-  işinə mülkiyyət kimi deyil, əmanət kimi bax;

-  işçinin (məmurun) gözəl əxlaqı olsun;

-  zülm fikri köləliyə yol açır, azad düşüncənin, insan haqlarının, inkişafın yolunu bağlayır;

-  zülm qəm qıfılıdır, açarı ədalətdir;

-  zülm öldürür, ədalət dirildir;

-  cəhalət, qorxu, yoxsulluq olmasa, zülm yaşamaz;

-  ədalət nəfəsdir, havadır, mənəvi dirilikdir;

-  zülm ağılı, qəlbi, vicdanı, iradəni, əməyi, əxlaqı qısırlaşdırır;

-  halal ruzinin qaynağı ədalətdir;

-  zülm qıtlığa, bahalığa, yoxsulluğa, harama, ədalət bolluğa, ucuzluğa, zənginliyə, halala yol açır;

-  haram əxlaqı pozar, insanı qudurdar;

-  ağılı öldürən zəhərlər bunlardır: zülm, köləlik, cəhalət, qorxu, xurafə;

-  ağılı dirildən nemətlər bunlardır: ədalət, azadlıq, elm, ümid;

-  şahın böyüklüyünü müəyyən edən ölçü ədalətdir;

-  insanların könlünü və ölkələri fəth edən dəyər ədalətdir;

-  ölkənin qoruyucusu, qalası, güc qaynağı ədalətdir;

-  arxivsiz dövlət idarəçiliyi olmaz, arxiv olmasa, yaddaş itər, nəzarət sistemi çökər;

-  ağıl dirilməsə, ölkə dirilməz;

-  zülm qarışıqlıq, ədalət nizamdır;

-  zülm toplumu parçalayır: zalımlar, məzlumlar, əzənlər, əzilənlər;

-  zülm ağılı başdan çıxarır;

-  zalım sərxoş adam kimidir;

-  zülm dəlilikdir, zalım dəlidir;

-  öncə ağılı köləlikdən qurtar, sonra ölkəni zülmdən xilas et;

-  ağıl doğru çalışmasa, heç bir iş düzəlməz;

-  böyük hərəkatların böyük düşmənləri olur;

-  ədalətə qarşı çıxanlar imtiyazlı, imkanlı, harama bulaşmış kimsələrdir, onlar çıxarlarının əldən gedəcəyindən qorxurlar;

Ardı var

Paralel.az

0.013657093048096