Bakıda yollar bağlanacaq

Bakıda yollar bağlanacaq
 

Paralel.az xəbər verir ki, Bakıda 20 yanvar tarixində saat 08:00-dan bir sıra yollarda hərəkətə məhdudiyyət qoyulacaq.

Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

“20 yanvar” faciəsinin anım günü ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində və həmin yol ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkətinə qadağa qoyulacaq.

Qeyd olunan ərazilərdən keçən marşrut xətlərinin hərəkət sxemi də müvəqqəti dəyişdiriləcək.
Akif Nəsirli

0.01490592956543