Elm pıçıltını sevmir

Elm pıçıltını sevmir
 
Deputat Etibar Əliyev öz fesbook səhifəsində böhran keçirən elm ocağı EA-dakı eybəcərlikdən yazıb.
 Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir. İnstitut direktorları ilə İcra başçıları kimi davranır. Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur.  Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə "Psixologiya" üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı.  Kamilə xanımın dissertasiyasının özünün yazmaması haqqında söhbətlər gəzir. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı  Qalina Yuryevna isə "Riyaziyyat" fakültəsində kafedra müdiri, müdafiə Şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb.  Bir sözlə; elm bunların insiharına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib.
 
Paralel.az
0.04143500328064