Danışıqları heç də ürəkaçan deyil
Çingiz Şahbazi yazır:
Rusiya-Qərb danışıqları heç də ürəkaçan şəkildə getmir. Vəziyyətin bu həddə çatması, Rusiya- Ukrayna münasibətlərində son vaxtlar kritik həddə olmasından qaynaqlandığı bilinməkdədir.
Rusiya - Ukrayna cəbhəsində görünən odur ki, tərəflər soyuq müharibə perspektivindən, daha aktiv şəkildə hərbi əməliyyatlara keçə bilmə ərəfəsindədirlər.
İlham Əliyevin Ukraynaya indiki vaxtda səfəri də, məhz bu səbəbdəndir ki, vəziyyətin daha da kritik hal almaması üçün, tərəfləri barışığa dəvət etmək, sülhü qorumaq prespektivi daşıyır.
Bildiyimiz kimi bu ilin əvvəlində Türkiyə prezidenti Ərdoğanın da Ukraynaya rəsmi səfəri gözlənilirdi
Amma, Azərbaycan prezidenti İlham Əliyevin səfəri, sayın Ərdoğanın səfərinin önünə keçdi. Bunun başlıca səbəbi isə Rusiya-Ukrayna münasibətlərində olan kritik vəziyyətin pik həddə olmasıdır. Ola bilsin ki, prezident İlham Əliyevin Ukraynaya səfəri sayın Türkiyə prezidenti Ərdoğanla və Rusiya prezidenti Putinlə razılaşdırılıb.
Görünən odur ki, münaqişənin Qərb-Rusiya çərçivəsində həlli çox qəliz məsələ kimi görünür. Ona görə də Ankara-Bakı bu danışıqlarda yeni masa kimi meydana çıxa bilər.
Paralel.az