Məşvərət Şurası nə vaxt keçiriləcək?
Paralel.az xəbər verir ki, prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Cənub Qaz Dəhlizinin reallaşması məsələsindən də danışıb. Prezident bildirib ki, bu tarixi hadisədir. “Bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni bir komanda şəklində necə deyərlər, səfərbər edib. Bu işə biz birlikdə nail olmuşuq və gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək, ənənəvi olaraq bizim təşəbbüsümüzlə Bakıda keçirilir. Hər dəfə bu görüşlərdə mən özüm şəxsən iştirak edirəm və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılır, artıq orada iştirak edən ölkələrin sayı genişlənir. Üstəgəl, orada bütün aparıcı banklar - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı - yəni, bütün aparıcı maliyyə qurumları, həmçinin şirkətlər iştirak edir. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı onları böyük dərəcədə sarsıtdı”,- prezident bildirib.
Şahnaz Salehqızı