Bakıda su kəsiləcək

Bakıda su kəsiləcək
 

Paralel.az xəbər verir ki, bu gün aytaxtın üç rayonunda içməli su kəsiləcək.

Bu haqda "Azərsu" ASC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Nəsimi, Binəqədi, Suraxanı rayonu və Hövsan qəsəbəsində içməli suyun verilişinə məhdudiyyət qoyulacaq. Səbəb magistral su xətlərində aparılan yenidənqurma işləri olduğu bildirilir.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə qurum əlavə edib.
Akif Nəsirli

0.020550966262817