Ölümlə nəticələnən təmir işi

Ölümlə nəticələnən təmir işi
 

Paralel.az xəbər verir ki, Ağsu rayonunda məktəbdə ölüm hadisəsi baş verib. 

Həmkarımızın verdiyi məlumata görə, hadisə rayonun 2 saylı tam orta məktəbində olub. Rayonun Qaraqoyunlu kənd sakini, 24 yaşlı Şərifov Xəyal İxtiyar oğlu təmir işləri apararkən ehtiyatsızlıqdan onu elektrik cərəyan vuraraq öldürüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Şahnaz Salehqızı

0.037965059280396