Yerlər qeyri-qanuni  zəbt edilir

Yerlər qeyri-qanuni  zəbt edilir
 

Paralel.az xəbər verir ki, paytaxtın bir sıra yollarında, parkinq üçün ayrılan ərazilərdə yerlər qeyri-qanuni şəkildə zəbt edilir. Bəzən sahibkarlar tərəfindən avtomobil yolunun bir hissəsi yerə dirəklər bərkidilərək zəbt edilir.

Bəs belə addımlara yol verən şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq hansı məsuliyyət gözləyir?

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli açıqlama verib.  O, bildirib ki, yolların hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır:

“Avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimə oluna bilərlər. Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik”.

Züleyxa, Paralel.az

0.01940393447876