Avtomobil piyadanı vurdu...
Paralel.az xəbər verir ki, bu gün səhər saat 7.15 radələrində Mətbuat prospektinin “Azərbaycan nəşriyyatı” istiqamətində dövlət nömrə nişanı Az 99 LR 242 olan “Opel” markalı maşın həmin istiqamətdə yolu keçmək istəyən təxminən 30-35 yaşlı qadını vurub. Biz hadisə yerinə çatanda yaralı yaşayırdı.
Hadisə yerinə cəlb olunmuş Yol Polisi və Post-Patrul əməkdaşları təcili-tibbi yardım çağırmış və yaralınının başının altına yumuşaq əşya qoyaraq uzandırmışdı. Az müddət sonra təcili yardım maşını gəldi və yaralı qadın polislərin köməyi ilə təcili yardıma mindirildi.
Hadisə yerində qan izlərinin olmamasından belə qənaətə gəlmək olur ki, yaralının həyatda qalmaq şansı qalır, baxmayaraq ki, zərbə nəticəsində o, qəza törədən minik avtomobilinin qabaq şüsəsinə çırpılmışdı.
Altını cızaraq qeyd edək ki, səhər erkən saatda hava qaranlıq olsa da, küçə işıqları söndürülmüşdü.
Səma