Üç nəfər dəm qazından boğularaq ölüb

Üç nəfər dəm qazından boğularaq ölüb
 

Paralel.az xəbər verir ki, Abşeron rayonunda 3 kişi eyni evdə dəm qazından boğularaq ölüb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 6-da rayon ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Akif Nəsirli

0.017483949661255