Karaulov Bakını xatırlatdı

Karaulov Bakını xatırlatdı
 

 

 

SSRİ və Rusiyanın tanınmış jurnalisti Andrey Karulov Moskvanın Qazaxıstana ordu yeritməsini tənqid edib və bunu SSRİ rəhbərliyinin 1990-cı ildə Bakıya cəza dəstələri göndərməsiylə eyniləşdirib. Karaulov deyir ki, Rusiya və müttəfiqlərinin Qazaxıstana KTMT bayrağı altında müdaxiləsi təşkilatın nizamnəməsinə də ziddir. Çünki nizamnaməyə görə yalnız üzv dövlətlərdən birinə xarici müdaxilə olarsa təşkilat bu cür addım ata bilər. 20 Yanvardan danışan rusiyalı jurnalist qeyd edir ki, o vaxt da dinc insanların üzərinə hərbi-desant dəstələri göndərilmişdi və yeganə məqsəd xalqın içərisində nüfuzdan düşmüş Ə. Vəzirovun hakimiyyətini qorumaq idi. Karaulov xatırladır ki, Bakıya soxulan hərbi birləşmələrin komandiri general Lebedev PDM-in üstündə meytlərlə dolu paytaxt küçələrdən qalib sərkərdə kimi keçib gedirdi, halbuki onun qətlə yetirdiyi insanlar mülkü olub, silahsız idilər. Karaulov o vaxtlar olduğu kimi, bugün də Qazaxıstana hərbi intervensiyaya səssiz qalan Rusiyanın insan haqları müdafiəçilərini, tanınmış şair və yazıçıları, siyasət, elm adamlarını şiddətlə qınayır və deyir ki, 20 yanvar qırğınına qarşı yalnız o illər Moskvada təcrid olunmuş vəziyyətdə yaşayan mərhum Heydər Əliyev etiraz səsini ucaltmışdı. 

Ruyalı jurnalist birmənalı şəkildə qeyd edir ki, Moskvanın KTMT çətiri altında Qazaxıstana soxulması beynəlxalq hüquqa zidd, açıq-aşkar hərbi təcavüzdür və bu, bütün vicdanlı adamlar tərəfindən kəskin şəkildə qınanılmalıdır.

       

Səma, Paralel.az

0.013200044631958