Vətəndaşlar keçidin fəaliyyətsizliyindən şikayət edirlər

 

Vətəndaşlar keçidin fəaliyyətsizliyindən şikayət edirlər 
 

 

Paralel.az xəbər verir ki, Binəqədi rayon sakini Asiman Həsənova Məmməd qızı Azadlıq prospekti 189 ünvanında yerləşən yerüstü piyada keçidinin çətinlik yaratdığından şikayət edir. 

O, şikayət məktubunda qeyd edir ki, keçiddən yalnız eskalatorla istifadə etmək mümkündür.  Lakin 2021-ci ildə keçid demək olar ki, işləməyib. Nərdivanların ara məsafəsi hündür olduğundan keçidə qalxanda vətəndaşlar çətinlik çəkirlər”.

Şikayətçinin sözlərinə görə, keçidin yaxınlığında qadın məsləhətxanası var, ora gələn hamilə qadınlar əziyyət çəkirlər. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələylə bağlı  bildirib ki, artıq eskalatorun ehtiyat hissələri xaricdən sifariş verilib, yaxın zamanda həll olunacaq. 

Şahnaz Salehqızı

Paralel.az

0.013239145278931